İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Görüş Kazanda BRICS sammiti çərçivəsində baş tutub. Tərəflər Cənubi Qafqaz regionundakı vəziyyyəti müzakirə edib, iki ölkə arasındakı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Pezeşkian daha əvvəl BRICS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Misir prezidenti Abdülfettah El Sisi və Çin lideri Si Cinpinlə də görüşüb.