Pezeşkian milliyyəti ilə bağlı sualına necə cavab vermişdi? – VİDEO

Pezeşkian milliyyəti ilə bağlı sualına necə cavab vermişdi? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, islahatçı ideyaları ilə tanınan Təbrizin keçmiş millət vəkili Məsud Pezeşkiyan prezident seçkilərində qalib gəlib.

Seçki kampanitası dövründə diqqət çəkən məqamlardan biri də İranın yeni prezidentinin vaxtilə ona verilən “türksən” sualına cavabı idi.
xəbər verir ki, Pezeşkiyanın türk əsilli olması ilə bağlı müzakirələr hələ seçkilər öncəsi mətbuatda geniş yer tutmuşdu.
Pezeşkiyan müsahibəsibələrinin birində jurnalistin “Türksən?” sualına cavab vermişdi. Müxbir ona bu sualla müraciəıt etmişdi:
-Videoda kürdcə çox səlis danışırsınız. Hardansınız?
– Mən Azərbaycanın Mahabad şəhərində (Qərbi Azərbaycanda şəhər) anadan olmuşam.
– İndi kürdsünüz, yoxsa türk?
-Yəni mənim sözlərimdən anlamadın ki, mən kürd, yoxsa türkəm? Əvvəldən uşaqlarımın evdə farsca danışmasına belə icazə verməmişəm, biz azərbaycanca danışmışıq. Mən mütləq türk olduğumu, Azərbaycanda doğulduğumu demişəm. Atam türk, anam türk idi və mən türk olduğum üçün fəxr edirəm”.