Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Prezident İlham Əliyev bu barədə İran dövlət başçısı ilə telefon danışığı zamanı bildirib.
Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlətimizin başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlətimizin başçısı bu dəvəti məmnunluqla qəbul edib.
Tribunainfo.az-a telefon zəngini və qarşılıqlı dəvəti şərh edən siyasi ekspert Ramiyə Məmmədova bildirib ki, Pezeşkian ilk rəsmi səfəri Azərbaycana edə bilər, amma bu, versiyalardan biridir. Onun sözlərinə görə, buna qədər İran prezidentləri ilk rəsmi səfəri Azərbaycana etməyiblər və Pezeşkian debütə imza ata bilər. Ekspert İran prezidentlərinin adəti üzrə Misir, İraq kimi ölkələrə səfər etdiklərini qeyd edib: “Pezeşkian yeni nümunədir. Ona ilk dəvət Azərbaycandan gəldi. O baxımdan dəyərləndirə bilər. Amma bu cür məsələlər tək onun öz qərarı ilə verilmir. Bütün hallarda əminliklə söyləmək olar ki, hər iki dövlətin başçıları qarşılıqlı səfərlər edəcəklər. Və ana dilində danışacaqlar. Bu da xoş hadisədir. İki həftə sonra da Tehranda səfirlik işini bərpa edir və münasibətlər yeni dövrünə qədəm qoyur”.
Roman