Pezeşkian: Azərbaycanla dəhliz prosesi tez başa çatdırılsın

Pezeşkian: Azərbaycanla dəhliz prosesi tez başa çatdırılsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian dünən hökumətin iclasını keçirib. Tribunainfo.az xəbər verir ki, o, nazirlərə bir sıra məsələlərlə bağlı konkret göstəriş verib.
“Tasnim” Agentliyinin bunnla bağlı yaydığı xəbərdə deyilir ki, Pezeşkianın müzakirə etdiyi əsas məsələ Azərbaycanla əlaqələr və dəhliz məsələsi olub. Belə ki, o, Yol Nazirliyinə qəti göstəriş verib ki, ölkənin nəqliyyat infrastrukturunun və regional dəhlizlərin son vəziyyətinə dair hesabatı qısa müddətdə təqdim etsin. “Azərbaycanla sərhəd dəhlizinin icrasının sürətləndirilməlii, o cümlədən dəmir yolu dəhlizinin tikintisinin başa çatdırılması qısa zamanda başa çatdırılmalıdır. Biz qısa zamanda Şimal-Cənub dəhlizini işə salmalıyıq”.
İran prezidenti onu da bildirib ki, hər iki dəhliz regionaldır və mühüm əhəmiyyət daşıyır. “Dəhlizlərin əhəmiyyətini nəzərə alaraq, onlar mümkün qədər tez başa çatdırılmalıdır”.