İran Prezidenti Məsud Pezeşkian dünən Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Tribunainfo.az xəbər verir ki, İran prezidenti bəzi maraqlı açıqlamalar verib.
O deyib ki, İran qonşu və müsəlman ölkələri ilə əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsini öz gündəmində əsas siyasət hesab edir. “Bu baxımdan Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz iki ölkə arasında əlaqələri genişləndirməyə çalışırıq. Səviyyəli əməkdaşlığın davam etdirilməsi və gücləndirilməsi fonunda İran və Azərbaycan bir-biri üçün strateji tərəfdaşdır”.