İranın prezidenti Məsud Pezeşkian dolayısı ilə molla rejimini tənqid edib. Tribunainfo.az xəbər verir ki, o, dünən keçirdiyi toplantıda hökumət və rejimə müxalif olanların sıxışdırılmasına qarşı çıxıb.
İran prezidenti deyib ki, narahatçılıqları ölkənin problemlərini həll etməkdir. “Problemləri döyüşməklə həll etmək olmaz. Biz başqalarının mövqeyinə hörmət etməliyik. Fikir ayrılığı başqalarının haqqına məhəl qoymamaqdan yaranır. Bütün insanların hüquqlarına hörmət edilməlidir”.
Xatırladaq ki, İranda molla rejimini tənqid etmək ən yaxşı halda həbslə yekunlaşır. Amma proses edama qədər davam edə bilər. İndiyə kimi, İranda molla rejimini tənqid edən yüzlərlə insan edam olunub, minlərlə insan isə hələ də zindanda çürüdülür.