“Biz atom bombası axtarmırıq. Biz müharibə axtarmırıq, lakin onlar nə qədər çox təhdid etsələr, bir o qədər güclü olacağıq”.
Tribunainfo.az bildirir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, İran danışıqlara hazırdır. “Biz danışıqlara hazırıq. Lakin birbaşa deyil, çünki onlara etibar etmirik. Qərb İrana tətbiq etdiyi sanksiyaları götürmədən birbaşa danışıqlar olmayacaq”.
Pezeşkian onu da bildirib ki, ölkəsi nüvə texnologiyası ilə bağlı əldə etdiyi naliyyətlərdən imtina etməyəcək.
Fərda Uğur