Covid-19 epidemiyası yayılan ərəfədə də heç kəs ciddiyə almırdı, hətta zarafatlaşırdılar da. İndi lağlağı vaxtı deyil. Qızılca sürətli şəkildə yayılmaqdadır. Tədbir görülməlidir.
Tribunainfo.az yazır ki, bu barədə həkim Yusif Ağayev yazıb. O bildirib ki, karonavirus yayılan ərəfədə olduğu kimi məcburi peyvəndləmə aparılmalıdır:
“İndi yenə hamı epidemioloq, infeksionist olub. Bilən də, bilməyən də qızılca, infeksiyalar haqqında fikir yürüdür, lağlağı edirlər. Məsələ burasındadır ki, sovet dönəmində uşaqlar bu xəstəliklərə qarşı məcburi peyvənd olunurdu. 1991-dən bəri peyvəndləmə könüllü oldu və artıq peyvəndlənməmiş bir neçə nəsildə çoxsaylı insanlar var. Bəllidir ki, böyük adamlar belə həmin infeksion xəstəlikləri ağır keçirir, peyvəndlənməmişlər isə daha ağır və müxtəlif orqanlar tərəfindən müxtəlif ağırlaşmalar baş verir. Ona görə də hesab edirəm ki, məsələyə ciddi yanaşmaq lazımdır.
Kovid başlayanda da belə lağlağılıq baş alıb gedirdi, həkimlərimizi əla salırdılar. Sonrası isə bəllidir”.