Levon Ter-Petrosyan güclü siyasətçi olsa da, həlledici səsə malik deyil.
Levon Ter-Petrosyan güclü siyasətçi olsa da, həlledici səsə malik deyil.
Bunu tia.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, Sərkisyan və Köçəryandan fərqli olaraq Levon Ter-Petrosyan regionda gedən prosesləri çox dəqiq izləyir:
“Petrosyanın son bəyanatlarında müəyyən diplomatik gedişlər olsa da, eks-prezident bunu gələnilki prezident seçkilərində status qazanmaq üçün edir. Levon Ter-Petrosyan güclü siyasətçi olsa da, həlledici səsə malik deyil. Ona görə də hökumətin Levon Ter-Petrosyan vasitəsilə xalqın reaksiyasını öyrənməyə çalışması da istisna edilmir”.