Ermənistan tamamilə korrupsiyaya bulaşmış dövlət məmurlarının, hüquq-mühafizə orqanları, monopolist biznesmenlər və kriminal avtoritetlərin əlindədir.
Ermənistan tamamilə korrupsiyaya bulaşmış dövlət məmurlarının, hüquq-mühafizə orqanları, monopolist biznesmenlər və kriminal avtoritetlərin əlindədir.
TİA.AZ xəbər verir ki, bu sözlər Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın yerli mətbuatda dərc edilmiş məqaləsində yer alıb.
“Artıq mötərizələri açmaq vaxtı çatıb. Demokratik ölkələrdə seçkinin gedişini dövlət, varlılar yox, orta təbəqə müəyyən edir. Bir daha təkrar edirəm ki, söhbət Ermənistan kimi diktatura, orta sinfin yox edildiyi ölkələrdən yox, demokratik dövlətlərdən gedir. Ölkə tamamilə korrupsiyaya bulaşmış dövlət məmurlarının, hüquq-mühafizə orqanları, monopolist biznesmenlər və kriminal avtoritetlərin əlindədir.
Məhz bunlar kölə statusunda olan xalqın taleyini əllərində saxlayır, bütün qanunsuz yollarla öz mövcudluqlarını qoruyurlar. Əgər xalqın nümayəndələrindən biri rüşvət qarşılığında səsini verməkdən imtina etsə, onu övladının orduda əziyyət çəkəcəyi ilə, digərini övladına məktəb və ya universitetdə problem yaradılacağı, üçüncüsünü isə işdən qovulmaqla qorxudurlar. Şübhəsiz, pul alanların əksəriyyəti bu cür təzyiqlərdən qaçmaq üçün belə addım atıblar. Ona görə də seçicilərin satın alınması kimi iyrənc bir şeydə xalqı yox, xalqı bu cür aşağılanmış vəziyyətə gətirən hökuməti günahlandırmaq lazımdır. Belə situasiyada xalqın yalnız dərdinə şərik olub, gözəl günlərin birində onun ləyaqətinin yenidən bərpa olunacağını başa düşmək lazımdır.
Təəccübləndirici şey odur ki, 1988-ci ildə sovet tiraniyasına qarşı qalxan xalqı necə diz çökdürə biliblər. Bu, yalnız Ermənistanda 2000-ci illərin əvvəlində hakimiyyətə gələn bandit rejimin xalqı mütləq yoxsulluğa məhkum etməsi ilə mümkün olub”, – deyə o bildirib.