“Zəngəzur dəhlizinin açılması prosesində həm benefisiarlar, həm də təbii ki, bu prosesdən təhlükə görən oyunçular var”.
Tribunainfo.az xəbər verir ki, bunu regional məsələlər üzrə ekspert Armen Petrosyan deyib.
O bildirib ki, bir vaxtlar İran Azərbaycan və Naxçıvan üçün bir kanal idi və bundan təzyiq göstərmək üçün tez-tez Azərbaycana qarşı istifadə edirdi. “Digər tərəfdən, Rusiya da Ermənistanın mühasirəyə alınmasından və iqtisadi imkanlarının məhdud olmasından həmişə istifadə edib”.
Onun sözlərinə görə, indi o konflikt mühiti aradan qalxarsa, imkanlar yaranarsa, təbii ki, Rusiyanın təsir rıçaqları zəifləyəcək. “Buna görə də Rusiya Azərbaycan, İran, Türkiyə və Ermənistanın “Zəngəzur dəhlizi” şəklində ona nəzarəti bərqərar etməsini istəyir”.
Petrosyan bu yolun açılmasında Ermənistanın da maraqlı olduğunu qeyd edib. “Türkiyənin həm Azərbaycan, həm də Orta Asiya ilə daha qısa və daha rahat kanala ehtiyacı var. Ermənistana da bütün blokadanın götürülməsinə, yeni hava yollarının açılmasına, iqtisadiyyatın inkişaf etməsinə, Ermənistanın beynəlxalq ticarətin bir hissəsi olmasına və beləliklə, iqtisadi təhlükəsizliyin səviyyəsinin yüksəlməsinə və s. lazımdır”.