“Beynəlxalq oyunçular Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verməyə çalışırlar”.
Tribunainfo.az xəbər verir ki, bunu Regional məsələlər üzrə ekspert Armen Petrosyan deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan kimin daha praktik addımlar təklif edəcəyi ilə bağlı rəqabətdədir. “Azərbaycanın təklif etdiyi yol Rusiyanın maraqlarına müəyyən qədər ziddir. “Ermənistanda istənilən hökumətin əsas vəzifəsi bütün vacib kanalları şaxələndirmək olmalıdır; biz əvvəlki pis təcrübəni davam etdirməməliyik, yəni bir ölkədən asılı olmamalıyıq”.
Petrosyanın fikrincə, mövcud reallıqları nəzərə alsaq, çətin ki, TRIPP həyata keçirilsin: “Azərbaycan və Türkiyə də Rusiyanın regiona qayıtmasının lazım olmadığı qənaətindədir”.
Fərda Uğur