Ermənistan dövlətinin keçmiş başçısının amerikalı diplomatla görüşü bir saatdan çox çəkib.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bazar ertəsi ABŞ-ın respublikadakı səfiri Kristina Kuin ilə Qarabağdakı humanitar böhranı və bununla bağlı problemləri müzakirə edib.
Bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan sosial şəbəkədə məlumat verib.
Söhbətin bir saatdan çox davam etdiyi qeyd edilir. Görüşdə ABŞ səfirliyinin Siyasi və İqtisadi Məsələlər Departamentinin rəhbəri Alison Xanna, siyasi məsələlərə cavabdeh Cennifer Hedda və Ermənistanın birinci prezidentinin aparatının direktoru Avetis Avakyan da iştirak ediblər.
Danışıqların digər təfərrüatları açıqlanmayıb.