Kreml Ukrayna məsələsində Rusiya və Ermənistanın mövqelərinin fərqli olduğunu təsdiqləyib.
Tribunainfo.az-ın məlumatına görə,”Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə diametral şəkildə əks baxışlarımız var. Bu sirr deyil. Bu, məlum mövqedir”, – bazar ertəsi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib,
O, bir müddət əvvəl Ukraynadakı vəziyyətlə bağlı Moskvanın fərqli mövqeyini qeyd edən Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına münasibət bildirmək istəyinə belə cavab verib.
Peskov vurğulayıb ki, “biz onlarla (Ermənistan) razı deyilik və israrla həqiqətlərimizi izah etməyə davam edəcəyik”.
Dəniz Pənahova