Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rusiyalı siyasətçi Nikita İsayevin əlində ABŞ prezidenti Donald Trampa qarşı ifşaedici materialın olması barədə Kremldə heç bir məlumat yoxdur.

Virtualaz.org xəbər verir ki, Peskov bununla bağlı deyib: “Cənab İsayevin əlində Trampa qarşı hansı ifşaedici materialın olmasından xəbərim yoxdur, biz Kremldəkilər bundan xəbərsizik”.
Bundan öncə “The Independent” nəşri xəbər vermişdi ki, “Novaya Rossiya” hərəkatının lideri Nikita İsayevdə ABŞ prezidentinə qarşı ifşaedici material mövcuddur. KİV bildirir ki, İsayev çıxışlarının birində həmin materialdan Vaşinqtonun Rusiya diplomatik mülkiyyətinə qarşı hərəkətlərinə cavab olaraq istifadə etmək gərəkdir.