Peskov Qərb hakimiyyətinin mediaya təzyiqlərini açıqlayıb

Peskov Qərb hakimiyyətinin mediaya təzyiqlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbdə media hakimiyyətin güclü təzyiqinə məruz qalır. Tribunainfo.az xəbər verir ki, bunu Beynəlxalq Reportyorlar portalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bildiyimiz kimi bəzi ölkələrdə, o cümlədən Qərb ölkələrində media bəzən sahibləri və bu ölkələrin hökumətləri tərəfindən çox sərt təzyiqlərə məruz qalır”, – Peskov bildirib.

Onun sözlərinə görə, nəşrlər hakimiyyətin hərəkətlərinin qurbanına çevrilir, onlardan yalan məlumatlar ötürmək üçün istifadə edirlər. Peskov əlavə edib ki, bu vəziyyət “təəssüfdən başqa bir şeyə səbəb deyil”.

Dəniz Pənahova