Peskov Putinin mövqeyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin münaqişə tərəflərinin razı olacağı təqdirdə sülhməramlıların Donbasda yerləşdirilməsinə heç vaxt etiraz etməyib. 
 

Rusiya prezidenti Vladimir Putin münaqişə tərəflərinin razı olacağı təqdirdə sülhməramlıların Donbasda yerləşdirilməsinə heç vaxt etiraz etməyib. TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə D.Peskov qeyd edib ki, Donbasda yerləşdirilə biləcək sülhməramlıların tərkibi ilə bağlı hələlik heç bir aydınlıq yoxdur.

Onun sözlərinə görə, Putin həmişə qeyd edib ki, sülhməramlıların yerləşdirilməsi yalnız tərəflərin qarşılıqlı razılığı və qüvvələrin təmas xəttindən müəyyən məsafəyə geri çəkilməsi əsasında baş verə bilər.