PESKOV MAKRONUN QAZAXISTANA SƏFƏRİNİ ŞƏRH EDİBbackend

PESKOV MAKRONUN QAZAXISTANA SƏFƏRİNİ ŞƏRH EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Makron Qazaxıstana gələrək Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.

Tribunainfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, Qazaxıstan öz mülahizəsinə uyğun olaraq digər ölkələrlə münasibətləri inkişaf etdirən suveren dövlətdir, Rusiya Federasiyası ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Kremlin Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana səfərinə necə baxması ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, Rusiya və Qazaxıstan arasında “tarixi əlaqələr, strateji tərəfdaşlıq münasibətləri” var.

“Bunlar bizim müttəfiqlərimizdir. Maraqlarımız bir çox inteqrasiya formatlarında birləşib. Və biz Qazaxıstanla öz münasibətlərimizi inkişaf etdiririk ki, biz bunu çox qiymətləndiririk”, – deyə Peskov əlavə edib və “Astana tərəfindən tam qarşılıqlılığı” vurğulayıb.