Milli Məclisin yaz sessiyasında “Peşə təhsili təhsili haqqında” qanun layihəsi hazırlanacaq.
Milli Məclisin yaz sessiyasında “Peşə təhsili təhsili haqqında” qanun layihəsi hazırlanacaq.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli bildirib.
Komitə sədri deyib ki, bu layihənin yaradılması istiqamətində işlərə başlanılıb:
“Hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin fəaliyyətinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirilir. Ölkədə peşə təhsili sahəsi üzrə indiyədək qanun olmayıb. Bir çox ölkələrdə peşə təhsili dövlət, özəl və bələdiyyə mülkiyyəti formasında inkişaf edir. Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər”.
TİA.AZ