Peşə məktəblərinə qəbulla bağlı YENİLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu il bütün peşə ixtisas müəssisələrinə şagird qəbulu “Asan peşə” layihəsi çərçivəsində “Asan xidmət” mərkəzlərində də aparılacaq. 

Azərbaycanda bu il bütün peşə ixtisas müəssisələrinə şagird qəbulu “Asan peşə” layihəsi çərçivəsində “Asan xidmət” mərkəzlərində də aparılacaq.

Bunu Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, ötən ildən başlayaraq, Təhsil Nazirliyi və “Asan xidmət”in “Asan peşə” birgə layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərindəki ilk peşə ixtisas müəssisələrinə sənəd qəbulu aparılıb: “Bu il isə bu layihənin miqyası genişlənib. Layihə bu il bütün Azərbaycanı əhatə edir. Ötən il 4 000 nəfərdən artıq gənc Bakıda və Gəncədə öz sənədlərini elektron qeydiyyatdan keçirərək ilk peşə ixtisas müəssisələrinin şagirdləri olublar. Yaxşı hal budur ki, ötən ilki qəbulda sənəd verənlərin 25 faizindən çoxunun orta bal göstəricisi 4-dən yuxarı olub. Bu, o deməkdir ki həmin gənclər təkcə ilk peşə ixtisas müəssisəsinə deyil, orta ixtisas və ali təhsil müəssisələrinə də qəbul ola bilərdilər”.

C.Valehov deyib ki, şagirdlər avqustun 1-dən 22-dək şəxsiyyət vəsiqələrini və təhsil haqqında attestatları tədqim etməklə həm Bakı, həm də Gəncədə fəaliyyət göstərən “Asan xidmət” mərkəzlərində sənədlərini elektron qeydiyyatdan keçirə bilərlər: “Bizim “Asan xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarımız var. Bakı, Sumqayıt daxil olmaqla, Masallı, Sabirabad, Gəncə, Qəbələdə şagirdlər həm “Asan xidmət mərkəzlərində, həm də ilk peşə ixtisas müəssisələrində öz sənədlərini qeydiyyatdan keçirə bilərlər”.

C.Valehov deyib ki, əgər şagirdlər dövlət hesabına təhsil almaq istəyirlərsə, “Asan xidmət” mərkəzlərində, ödənişli əsaslarla təhsil almaq istəyənlər isə müvafiq olaraq, ilk peşə ixtisas təhsili müəssisəsində qeydiyyatdan keçə bilərlər.

Sektor müdiri əlavə edib ki, ilk peşə ixtisası müəssisəsinə sənəd vemək istəyənlər ərizələrində 10 ixtisası qeyd edə bilərlər. Qəbul zamanı onların orta attestat balı nəzərə alınacaq.

C.Valehov deyib ki, vətəndaşlığı olmayan şagirdlər ilk peşə ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil ala bilərlər.