Aktrisa Pərvin Abiyeva rol aldığı “Yanlış anlama” filminin treylerini paylaşıb.
Aktrisa Pərvin Abiyeva rol aldığı “Yanlış anlama” filminin treylerini paylaşıb.
Musavat.com xəbər verir ki, treyleri çox bəyəndiyini qeyd edən aktrisa filmin noyabrın 10-u nümayiş olunacağını deyib.
Türkiyə-Azərbaycanın birgə istehsalı olan filmdə Türkiyənin tanınmış simaları Şevket Çoruh, İlker Ayrık, Pelin Sönməz, Bahadır Efe, Haluk Bilgin, Duygu Karaca, azərbaycanlı məşhurlar Islam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva rol alır. Rejissor kürsüsündə Ulaş Cihan Şimşəkin oturduğu filmin ssenarisi isə Ayberk Çınara aiddir. “Yanlış anlama” Türkiyə və Azərbaycandan iki ailənin birlikdə 10 gün keçirməsindən və iki dilin, mədəniyyətin həm yaxınlığı, həm fərqliliyi nəticəsində əyləncəli bir səhv başa düşülmə hekayəsindən bəhs edir.
Qeyd edək ki, teleaparıcı Azər İsmayılov filmin ideyasının ona məxsus olduğunu və fikirlərinin ortaq razılığa gələ bilmədiyi “Dado” və “Levent” adlı Türkiyə şirkəti tərəfindən oğurlandığını iddia etmişdi.