Respublika Perinatal Mərkəzində səhlənkarlığın olduğunu yeni ana olmuş bir vətəndaş da açıqlayıb. Tribunainfo.az-ın verdiyi xəbərə görə, Pəri Səfərli bu haqda yazıb. Onun sözlərinə görə, üç aydır ki, ana olub və deyir ki, Mərkəzdə olduğu vaxtda qısaqapanmalar baş verirdi: “Biz də çox qorxduq, amma yüngül tədbir görülmüşdü. Nəticəsi də belə oldu…”
Göründüyü kimi, yanğın riski əvvəldən var imiş. Amma təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilməyib. Bu faktın özü yanğında məsuliyyətsizliyi olanların mühakiməsini qaçılmaz edir.