Perinatal Mərkəz yanğından əvvəl məhkəməyə də verilibmiş

Perinatal Mərkəz yanğından əvvəl məhkəməyə də verilibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

4 günahsız körpənin ölümü ilə nəticələnən yanğının baş verdiyi Respublika Perinatal Mərkəz məhkəməyə verilib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Məmmədov Elnur Rəsul oğlu Perinatal Mərkəzlə bağlı məhkəmədə iddia qaldırıb. Ötən ildən davam edən prosesdə növbəti iclas bu ayın 26-sı olacaq.

İşin mahiyyəti açıqlanmır. Yanvar ayında baş tutacaq proses Bakı şəhər Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə keçiriləcək.