“ABŞ Konqresi 2024-cü ilin aprelində Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiqlədikdən sonra Birləşmiş Ştatlar Ukraynaya vəd etdiyi sursatın 83%-nin, hava hücumundan müdafiə vasitələrinin 67%-nin verilməsini təmin edib”.
Tribunainfo.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayder brifinqdə bildirib.
“Əlavə maliyyənin qəbulundan oktyabrın ortalarına qədər anbarlarımızdan vəd etdiyimiz əsas sursatın 83%-ni Ukraynaya çatdırdıq”, – deyə o qeyd edib.
Söhbət 155 mm çaplı artilleriya mərmilərindən, HIMARS GMLRS sistemləri üçün raketlərdən, “Patriot” və NASAMS sistemləri üçün döyüş sursatlarından gedir.
Pat Rayder ABŞ-ın “Stinger” və HAWK üçün raketlər də daxil olmaqla, vəd etdiyi digər hava hücumundan müdafiə imkanlarının 67%-ni təmin etdiyini bildirib.
“Kiçik bombalar və 105 mm-lik sursat da daxil olmaqla, yanğınla bağlı öhdəliklərimizin 60%-ni yerinə yetirdik”, – deyə Pentaqon rəsmisi qeyd edib.
Pentaqonun sözçüsünə görə, ABŞ anbarlarından silahların çatdırılması bir neçə gün və ya həftələr davam edir. Avadanlıqlardan hər hansı birinin təmirə ehtiyacı varsa, tez bir zamanda bərpa olunur və Ukraynaya göndərilir.