Pentaqonun rəhbərinin vəziyyəti ağırlaşdı, onu ikinci dəfə…backend

Pentaqonun rəhbərinin vəziyyəti ağırlaşdı, onu ikinci dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ikinci dəfə xəstəxanaya aparılıb. O, hazırda sidik kisəsində problem olduğu üçün reanimasiya şöbəsindədir. Tribunainfo.az xəbər verir ki, bu barədə Uolter Rid Ordu Tibb Mərkəzi məlumat yayıb. Pentaqonun nümayəndəsi Pat Rayder xəbərin doğruluğunu təsdiqləyib.

Qeyd edək ki, Ostin yanvar ayında prostat xərçəngindən müalicə olunub. Hazırda onun Pentaqonun rəhbəri kimi vəzifələrini müavinlərindən biri Ketlin Hiks yerinə yetirir.