PENTAQONDAN S-400 AÇIQLAMASI

PENTAQONDAN S-400 AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq “Müttəfiqlərimizin Rusiya ilə hərbi əməliyyata başlamamasını istəyirik” deyərək Türkiyə və Hindistana S-400 məsələsinin ayrı bir vəziyyət olduğunu izah edib.

Tribunainfo.az Haber Türk-ə istinadən xəbər verir ki, “Biz Hindistanın hərbi texnikanın şaxələndirilməsinə və onlarla inteqrasiya etmək qabiliyyətimizə güvənirik” deyən Sabrina Sinq, “ABŞ-Çin hərbi sənaye tərəfdaşlığının inkişafına inanırıq” deyib.

Sing, Hindistanın baş naziri Narendra Modinin bu həftə Ağ Evdə prezident Bayden tərəfindən qəbul ediləcəyini, ABŞ-ın müdafiə naziri Ostin isə iki həftə əvvəl Hindistanda hindistanlı həmkarı ilə görüşdüyünü söyləyib.

Sinq Suriyanın şimalında artan gərginlikdən xəbərsiz olduğunu, lakin ABŞ-ın İŞİD-i məğlub etmək üçün Suriyada olduğunu əlavə edib.

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden Ağ Evdə Hindistanın baş nazirini qəbul edəcək və cümə axşamı xüsusi dövlət mərasimi keçiriləcək.