ABŞ Müdafiə Nazirliyinin elektron məktubları hərf səhvinə görə Malinin internet domenini idarə edən şirkətə ötürülüb. Sənədlər arasında Türkiyədən gələn məktub da var.
Tribunainfo.az Gazete Duvar-a istinadən xəbər verir ki, ABŞ-ın minlərlə hərbi e-poçtu “orfoqrafiya səhvi” səbəbindən illərdir Malinin domenini idarə edən şirkətə yönəldildi və buna görə də diplomatik sənədlər, vergi bəyannamələri, parollar və yüksək vəzifəli şəxslərin səyahət məlumatları daxil olmaqla həssas məlumat və sənədlər sızdırıldı.
Yanlış ünvana yönələn sənədlər arasında Türkiyənin göndərdiyi diplomatik məktub da var.
Problem ilk dəfə Malinin domenini idarə etmək üçün müqavilə bağlamış holland internet sahibkarı Yohannes Zuurbier tərəfindən müəyyən edilmişdir.