ABŞ Rusiya ilə mümkün razılaşma ilə bağlı KXDR-ə rəsmi xəbərdarlıq edib.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Ukraynadakı müharibədə Rusiyaya dəstək verən istənilən ölkə günahsız ukraynalıların qətlində şərik olacaq.
Bunu cümə axşamı keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Rusiya ilə KXDR arasında münasibətlərin dərinləşməsini şərh edərkən deyib. Onun sözlərinə görə, işğalçı ölkə Şimali Koreyadan sursat axtardığı üçün çıxılmaz vəziyyətdədir.
Qeyd edək ki, bir gün əvvəl Kim Çen In Rusiyaya səfər edib və orada Vladimir Putinlə görüşüb. Danışıqlar başlamazdan əvvəl dünya mətbuatı Putinin Kimdən Ukraynaya qarşı müharibə üçün silah istəyəcəyini yazsa da, görüşdən sonra bu mövzuda konkret açıqlama verilməyib.