Pentaqon Meksika ilə sərhədə qoşun yeritməyə hazırdır

Pentaqon Meksika ilə sərhədə qoşun yeritməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika hərbçiləri ölkənin cənub sərhədinə burada bölmə yaratmaq planlarına müvafiq olaraq beton maneələr gətirməyə başlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis deyib.

Nazirin sözlərinə görə, həm bu prosesin detalları, həm də əməliyyata cəlb olunan həm hərbçilərin sayı hələ dəqiqləşdirilir.

“Sizi buraxmayacaqlar. Ölkəmiziə giriş üçün müəyyən olunmuş qayda-qanun var”, — deyə ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen bazar günü “Fox News” telekanalının efirində miqrantlara müraciət edərək söyləyib.

Bundan əvvəl ABŞ sərhədinə doğru növbəti miqrant axınının hərəkət etdiyi məlumat verilmişdi.