Pentaqon bu ölkə ilə əlaqəni kəsdi

Pentaqon bu ölkə ilə əlaqəni kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman general Kristian Freydinq bildirib ki, Pentaqon və Almaniya Müdafiə Nazirliyi əlaqəni tamamilə dayandırıb.

Tribuna.az xəbər verir ki, onun sözlərinə görə, əvvəllər iki ölkənin hərbi idarələri arasında daimi əməliyyat əlaqəsi olub.

“Ukraynaya müəyyən silah satışını dayandırmaq qərarına dair heç bir xəbərdarlıq etməyib” – deyə, məlumatda qeyd olunub.

“The Atlantic” nəşri qeyd edib ki, alman generalı amerikalı həmkarları ilə əlaqə yaratmaq üçün diplomatik kanallardan istifadə etməli olub. Almaniyanın Vaşinqtondakı səfirliyinin əməkdaşı indi Pentaqon daxilində əlaqələr qurmaq üçün vasitəçi kimi çıxış edir, Freydinq yekunlaşdırıb.

Dəniz Pənahova