Pentaqon bölgədə müharibə proqnozlaşdırır

Pentaqon bölgədə müharibə proqnozlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pentaqon ekspertləri Ermənistan-Azərbaycan münaqişəsinin yeni alovlanacağını proqnozlaşdırırlar“. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilir ki, proqnozlarına görə, Bakı rəsmən müharibə elan etməyəcək. “Lakin tarixən özününkü hesab etdiyi əraziləri geri qaytarmaq məqsədi ilə genişmiqyaslı hücuma keçəcək”.
Həmin məlumatda vurğulanır ki, Türkiyə bu mübarizədə Azərbaycanı dəstəkləyəcək. “Fransa Ermənistana kömək edə bilər. Eyni zamanda ekspertlər Parisin Ermənistana vaxtında və kifayət qədər dəstək verə biləcəyinə şübhə ilə yanaşırlar”.
Erməni politoloq Tiqran Köçəryan isə iddia edib ki, Ermənistan müharibə astanasındadır. “Azərbaycan əsas zərbəni Zəngəzur dəhlizinin keçdiyi Sünik bölgəsinə endirəcək. “Son Qarabağ müharibələri göstərdi ki, həm hərbi texnika, həm də ona yiyələnmə səviyyəsi ən yüksək deyil. İkincisi, Ermənistan cəmiyyəti çox yorulub. Münaqişə 30 ildən çoxdur ki, davam edir”.