PENTAQON BAŞ QƏRARGAHI: “ABŞ RUSİYA İLƏ MÜNAQİŞƏ AXTARMIR”backend

PENTAQON BAŞ QƏRARGAHI: “ABŞ RUSİYA İLƏ MÜNAQİŞƏ AXTARMIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun Baş Qərargah Rəisləri Amerika PUA-sı ilə insidenti şərh edib.

Tribunainfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, “Hadisələr baş verir, ABŞ Rusiya ilə silahlı münaqişə axtarmır”, – bu sözləri Mark Milley Qara dəniz üzərində PUA ilə insidentin “müharibə aktı” olub-olmaması sualına cavab verərkən deyib.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi əlavə edib ki, o, – “Düşünürəm ki, bu hadisəni araşdırıb davam etməliyik”.

Nazirlikdən verilən məlumata görə, PUA Krımda Rusiya sərhədinə doğru uçurdu, Rusiya qırıcıları təcavüzkarın şəxsiyyətini müəyyən etmək üçün havaya qalxıb. Qəfil manevr nəticəsində pilotsuz təyyarə hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və suya düşüb.
Hərbi idarənin məlumatına görə, rus qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz aerodromlarına sağ-salamat qayıdıblar.