Pentaqon: ABŞ hərbi bazasına hücuma cavab verəcəyik

Pentaqon: ABŞ hərbi bazasına hücuma cavab verəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon rəhbəri Lloyd Austin ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumun cavabsız qalmayacağını bildirib.

Tribunainfo.az xəbər verir ki, “İŞİD-in son məğlubiyyəti istiqamətində işləmək üçün Suriya sərhədi yaxınlığında İordaniyanın şimal-şərqinə yerləşdirilən ABŞ və koalisiya qüvvələrinə dünən gecə hücumu zamanı üç ABŞ hərbçimizin həlak olması və digərlərinin yaralanması məni qəzəbləndirdi və dərindən kədərləndirdi”,- Pentaqon, departamentin mətbuat xidmətindən bildirilib.

O, İranın dəstəklədiyi qrupların Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı bu və digər hücumlara görə məsuliyyət daşıdığını vurğulayıb.