Pensiyalar, sosial müavinətlər, təqaüdlər və veteran pulları ilin sonuna 5 gün qalmasına baxmayaraq hələ də ödənilməyib.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili açıqlamasında bildirib ki, sosial ödənişlər qrafikə uyğun şəkildə ay bitmədən həyata keçiriləcək:
“Ümumiyyətlə, sosial ödənişlərin həyata keçirilməsi qrafikə uyğun şəkildə həyata keçirilir. Qrafikə uyğun olaraq bu ayın sonuna qədər, yəni qarşıda olan 5 gün ərzində sosial ödənişlər – ünvanlı sosial yardım, müavinətlər, təqaüd və kompensasiyaların ödənişi həyata keçiriləcək”.