Pensiyaçılar “Azərbaycan Beynəlxalq Bankı”ndan narazıdır – Şikayətbackend

Pensiyaçılar “Azərbaycan Beynəlxalq Bankı”ndan narazıdır – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı”nın müştəriləri, xüsusilə bankın kartları vasitəsilə pensiyasını alan təqaüdçülər şikayətçidir. Narazılıq edənlər bankın hər dəfə tətbiqinə girərkən təkrar-təkrar kod, nömrə yazmaqdan bezdiklərini bildirir.

Tribunainfo.az xəbər verir ki, bu barədə problemini yazan Aytən Cəbrayılova-Rəhimova bildirib ki, pensiya alanlar üçün hər dəfə bu rəqəmləri, kodu yazmaq çətindir:

“Hörmətli ABB, niyə hər dəfə tətbiqə daxil olanda yeniden 16 rəqəmli kodu, telefon nömrəsini, 2 mərtəbəli şifrə daxil etməyi istəyirsiz? Gündə 5 dəfə də daxil olsaq tətbiqə, bu belədir. Nəzərə alın ki, istifadəçilərinizin bir qismi təqaüdçülərdir. Anam artıq illah deyib, telefondan silmək istəyir ABB tətbiqini. Hər dəfə deyir, ay balam, bu niyə belədir, nə yazım, necə yazım, niyə açılmır bu? Hər dəfə bu çətinliyi yaşamağa məcburdur”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar