Pensiyaçı Cümə məscidinin tikintisi üçün yarım milyon pul bağışladı…-İBRƏTAMİZbackend

Pensiyaçı Cümə məscidinin tikintisi üçün yarım milyon pul bağışladı…-İBRƏTAMİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tatarıstanda təqaüdçü məscid tikintisi üçün külli miqdarda vəsait bağışlayıb.

 

Naberejnıye Çelnı şəhərində meriya binasının yaxınlığında iki ildir ki, Cümə məscidinin tikintisi üçün işlər aparılır. Bu yaxınlarda şəhərə gələn Yelabuğdan olan təqaüdçü Marsel Sarvarov hələ də tikintisi başa çatmamış “Camiq” məscidinə baxmaq qərarına gəlib və gördüklərindən razı qalıb. Sarvarov binanı gəzdikdən sonra tikintini maliyyələşdirən fondun rekvizitlərini götürüb və maliyyə yardımı göstərəcəyini vəd edib.
“Çelninskiye İzvestiya” xəbər verir ki, həmin gün axşam saatlarında hesaba 500 min rubl(təxm. 13 min 844 AZN) daxil olub.
Digər sakinlər və şəhərin qonaqları da müsəlman ibadətgahının inşası üçün ianələri əsirgəmirlər. Ümumilikdə məscidin tikintisi üçün fonda artıq 17 milyon rubldan çox vəsait toplanıb. Pul köçürmələri Rusiyanın hər yerindən gəlir.