Milli Məclisin bugünkü iclasında “ Əmək pensiyaları haqqında” qanunun müzakirəsi başa çatıb. Milli Məclisin bugünkü iclasında “ Əmək pensiyaları haqqında” qanunun müzakirəsi başa çatıb.
TİA.AZ xəbər verir ki, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin qanunun bir çox maddələrinə dəyişikliklər təklif olunmuşdu. Əsas dəyişikliklərdən biri isə pensiya yaşının 65-ə qaldırılması ilə bağlıdır.
Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.