Çində növbəti 15 il ərzində pensiya yaş həddini kişilər üçün 63, qadınlar üçün isə 58 yaşa çatdırmağı hədəfləyən hüquqi tənzimləmə qəbul edilib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsi Pekində keçirilən iki aylıq adi iclasında sub-pensiya həddini tənzimləyən qanun layihəsini təsdiqləyib.
Yeni tənzimləmə ilə pensiya yaş həddinin mərhələli şəkildə kişilər üçün 60-dan 63-ə, qadınlar üçün 55-dən 58-ə, mavi yaxalıqlılar üçün isə 50-dən 55-ə çatdırılması qərara alınıb.