Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.
Məlumata görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək.
Bu barədə Tribunainfo.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, yeni qayda əlbəttə təqdirə layiq addımdır. İllərdir digər ölkələrdə tətbiq olunur. Lakin elə olmalıdır ki, vətəndaş da bu məsələdə maraqlı olsun.
İqtisadçının sözlərinə görə, nümunə olaraq Türkiyədə (Bireysel Emeklilik) var (Bankların mobil tətbiqində) Evdar qadınlar da aylıq müəyyən qədər pul yatırır. Zamanı gələndə də təqaüd alırlar, artıqlaması ilə.
“Məsələnin digər görünməyən tərəfləri də var.
Birinci tərəfi budur ki, işsizlik məsələsi var. İş olsun, işləyə bilsin ki, pensiya kapitalı yığılsın.
Bu işin digər tərəfi belədir ki, bizim xalq olaraq mental qayda qanunlarımız var. Avropada,Türkiyədə insanlar illərlə kirayədə qala bilir. Hətta 55-60 yaşında belə ev ala bilir. Yəni 55 yaşında kapitalın bir hissəsini götürmək onlara daha məqsədə uyğun olar. Bizim insanımız 55 yaşında indən belə təsərrüfat qurmağı, ev almağı nə etsin?
Onun üçün də bu sistem Dövlət nəzarətində fərqli qurulmalıdır. Əvvəla Kapitalın bir hissəsini yox, artıqlaması ilə almalıdır. Vətəndaş özü də maraq göstərsin ki, onun ödədiyi pul dəyərlənir. Foto da qeyd etdiyim kimi şəxsi təqaüd proqramı yaradılmalıdır. Bununla da özəl şirkətlərə investisiya yatırımı edib bir növ vətəndaşı səhm sahibi etmək kimi icra etmək olar. Həm özəl müəssisə qazanclı olsun, həm də vətəndaşın ödədiyi vəsait artsın eyni zamanda da sahibkar qazansın. (Bankdan yüksək məbləğ kredit götürəcəyinə bu fondun hesabına aşağı faizdən yararlansın) Bir sözlə özəl Pensiya fonduna maraq olmalıdır. Faktiki işsiz insanların belə, əks təqdirdə elə banka yatırar illik 12% ilə istədiyi vaxtda çıxardar əmanətini”.
Dəniz