Milli Məclis “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edəcək.
Milli Məclis “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edəcək.
TİA.AZ modern.az-a istinadən xəbər verir ki, qanunun 10-1.1 (Müavinətlərin ödənilməsi qaydaları) maddəsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, nəzərdə tutulmuş müavinətlər (aylıq müavinət, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət) tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir.
Dəyişiklik layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.