Evdar qadınlar üçün pensiya hüququ gəlir. Evdar qadınların təqaüdə çıxması və sosial təminat təfərrüatları açıqlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Belə ki, Türkiyədə “Ailə ili” çərçivəsində qadınlar və ailələr üçün müxtəlif imkanlar və dəstək proqramları gündəmə gətirilib.
Bunlardan biri də evdar qadınların sığorta və pensiya hüquqlarıdır.
Ailənin Qorunması Qalxanı paketinin bir hissəsi olan layihə evdar qadınlara sığorta və pensiya imkanları təqdim edir.
Evdar qadınlar işləyirmiş kimi aylıq ödəniş edərək sosial təminat, sığorta və pensiya hüquqlarından yararlana biləcəklər.
Qaydalara gəldikdə:
1. Türkiyə Respublikasının vətəndaşı olmaq və Türkiyədə yaşamaq.
2. 18 yaşdan yuxarı olmaq.
3. Əvvəllər sığortalı olub-olmamasından asılı olmayaraq hazırda işləməmiş olması.
Dəniz Pənahova