Pensiya alanların DİQQƏTİNƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində iyun ayı üzrə pensiyalar gecikir. Bakı şəhərində iyun ayı üzrə pensiyalar gecikir.

Uzun müddətdir pensiyaların maliyyələşməsi vaxtından əvvəl başa çatır və hər ayın 13-dək Bakı şəhərində pensiyalar verilir, 20-dək isə regionlarda proses tam başa çatır. Lakin redaksiyamız daxil olan müraciətə görə, iyunda paytaxtda pensiyalar hələ verilməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev  açıqlamasında paytaxtda pensiyaların maliyyələşməsində heç bir problem olmadığını deyib.
Onun sözlərinə görə, Bakı şəhəri üzrə pensiyaların köçürülməsi davam edir.
Azərbaycanda pensiyaların maliyyələşdirilməsi qrafikinə uyğun olaraq rayonlar üzrə pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi iyunun 28-dək yekunlaşacaq.
Ümumiyyətlə pensiyaların maliyyələşməsində problem yoxdur.
Qeyd edək ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Həmin ildən xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın 11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın 24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə məlumat verilmişdi. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl icrasının həyata keçirilməsi nəzərdə tutulub.

sonxeber.az