Fevral ayı üzrə pensiya ödənişləri bu gün başlayır
Bu barədə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya ödənişləri həyata keçiriləcək.
Digər bölgələrdə yaşayan pensiyaçıların, eləcə də güzəştli şərtlərlə ödəniş almaq hüququ olan şəxslərin pensiyaları bu ay ərzində müəyyən edilmiş qrafikə uyğun ödəniləcək.
Qeyd edək ki, 1 yanvar 2025-ci il tarixinədək təyin olunmuş bütün pensiya növləri indeksləşdirilərək 8,1% artırılıb və 1 fevraldan etibarən minimum pensiya məbləği 280 manatdan 320 manata yüksəldilib. Fevral ayı üzrə pensiyalar da bu artımlar nəzərə alınmaqla hesablanacaq.
Bundan əlavə, yanvar ayı üzrə indeksasiya artımı fevral pensiyasına əlavə olunacaq.