Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verildi

Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.