Pəncərələri silən qadının başına dəhşətli hadisə gəldibackend

Pəncərələri silən qadının başına dəhşətli hadisə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankaranın Yenimahalle rayonunda qadın pəncərələri təmizləyərkən 7-ci mərtəbədən yıxılaraq ölüb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Susuz məhəlləsi Akıncılar küçəsində 7-ci mərtəbədə mənzilin pəncərələrini təmizləyən 58 yaşlı Messia Kahya müvazinətini itirərək yerə yıxılıb.

Vəziyyətlə bağlı məlumat alan jandarma və 112 Təcili Tibbi Yardım qrupları hadisə yerinə sövq edilib.

Sağlamlıq qruplarının müayinəsindən sonra Kahyanın öldüyü müəyyən edilib.

Kahyanın cəsədi hadisə yeri müayinəsinin ardından Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.