PƏNCƏ KİLİT ƏMƏLİYYATI NƏTİCƏSİNDƏ 5 ƏSGƏR ŞƏHİD OLDU

PƏNCƏ KİLİT ƏMƏLİYYATI NƏTİCƏSİNDƏ 5 ƏSGƏR ŞƏHİD OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin təcavüz atəşi nəticəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, atəş açan piyada leytenantı Fatih Uğur Altınbaş və mütəxəssis çavuş Kamal Özek şəhid olub, 3 əsgər isə yaralanıb.

Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.

Təcavüz atəşində yaralanan Piyada Mütəxəssisi Onbaşı Uğur Özdemir və Piyada Müqaviləli Əsgər Mahmut Üçdağ xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və şəhid olub.

Bölgədə əməliyyatların davam etdiyi açıqlanıb.