“Yetər! Bəsdir! Son günlərdəbəzilərinin məlum açıqlamadan cığır eşib Azərbaycan – Türkiyə münasibətləri mövzusunda danışıb- yazdıqları məqbul sayıla bilən sərhədləri aşaraq ucundan tutub ucuzluğa getmək xarakteri almaqdadır, ya da artıq almışdır”.
Tribunainfo.az məlumat verir ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Ərdoğanın açıqlamasını fərqli yozanlara səslənib.
“Fərqində olmaq lazım deyilmi ki, bunlar Azərbaycanda Türkiyəni və türklüyü sevməyən, eyni qaydada Türkiyədə Azərbaycanı və türklüyü sevməyənlərin, necə deyərlər “çörəyinin üstünə yağ yaxmaqdır!”
Əcəba, bir millət iki dövlət, yəni eyni millət deyilikmi! Və o mənada Azərbaycan şəklində Qarabağa girib də, ordan düşməni qovub, Vətən torpağını azad edib təmizləyən də bizik, Türkiyə şəklində Liviyaya girən, lazım gəlirsə Fələstinə də girərək o yerlərə sülh, əmin amanlıq gətirəcək də bizik! Türklərik!
Necə ki Azərbaycan əsgəri Qarabağda təkcə Azərbaycanın uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda, Azərbaycanın azadlığı uğrunda, Azərbaycanın düşmənlərinə qarşı yox, eyni dərəcədə Türkyənin uğrunda, Türkiyənin bütövlüyü uğrunda, Türkiyənin düşmənlərinə qarşı şəhid olur, eynən Türk əsgəri də Liviyada, Ağdənizdə, Fələstində və daha neçə yerlərdə apardığı savaşlarda həm də Azərbaycan məsələsi naminə, Azərbaycan uğrunda şəhid olur!
Əsgərimizin, Millətimizin, Dövlətimizin tarixi Qələbəsinin Əsgərimizə, Millətimizə və Dövlətimizə məxsusluğunu suallandırıb da müzakirə mövzusuna çevirməmiz kimlərə və nəyə lazımdır?!” – Pənah Hüseyn söyləyib.
Onun fikrincə, odur ki, içimizə fitnə toxumları səpənlərə ” yetər” demək vaxtıdır.
Nəsir