Pənah Hüseyn də AŞ PA-ya etiraz etdibackend

Pənah Hüseyn də AŞ PA-ya etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətlərini dayandırmaq haqqında qərarını doğru hesab edir.

Tribunainfo.az xəbər verir ki, pariya sədri bu barədə paylaşımında qeyd edib. O bildirib ki, bu qərarı doğru sayır və müdafiə edir:”Azərbaycanda əsas insan hüquq və azadlıqları, o cümlədən siyasi məhbuslarla, ifadə, sərbəst toplaşma, birləşmə və söz azadlığı ilə bağlı problemlərin olduğunu qeyd edərək və bu problemlərin həllini, o sırada demokratik seçki islahatının keçirilməsini zəruri sayaraq və tələb edərək eyni zamanda bu məsələlərlə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış münaqişənin Ermənistanın xeyrinə uyğun şəkildə birləşdirmə və dəyərləndirmə cəhdlərini qəbuledilməz hesab edirəm və bununla əlaqədar Azərbaycan nümayəndə heyətinin AŞPA- da fəaliyyətlərini dayandırmaq haqqında qərarını doğru sayıram və müdafiə edirəm”.