PEKİN VƏ KİYEV MEMORANDUM İMZALAYIBLAR

PEKİN VƏ KİYEV MEMORANDUM İMZALAYIBLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya və Ukrayna Ukrayna infrastrukturunun yenidən qurulması, o cümlədən 2011-ci ildə baş vermiş zəlzələ və sunamidən sonra yapon mütəxəssislərinin əldə etdikləri təcrübədən istifadə edilməsi sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Yenidənqurma Departamenti məlumat yayıb.

Sənədi yenidənqurma naziri Hiromiti Vatanabe və Yaponiyada səfərdə olan Ukraynanın baş nazirinin yenidənqurma üzrə müavini, icmalar, ərazilər və infrastrukturun inkişafı naziri Oleksandr Kubrakov imzalayıblar.

Yaponiya hökuməti indiyədək Ukraynaya 7,6 milyard dollar məbləğində humanitar, ərzaq, maliyyə və digər yardımlar göstərib.