PEDOFİLLƏRİ KİM YETİŞDİRİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində bu yazını Bakıda polis kapitanı Tahir Tahirlinin  8 yaşlı uşağı pedofilin əlindən  xilas etməsi ilə bağlı videonu  izlədikdən sonra yazacaqdım. 

Əslində bu yazını Bakıda polis kapitanı Tahir Tahirlinin  8 yaşlı uşağı pedofilin əlindən  xilas etməsi ilə bağlı videonu  izlədikdən sonra yazacaqdım.

 Lakin sonra düşündüm ki, bu iyrənc hadisə sonuncudur və bir daha təkrarlanmayacaq. Hamı kimi bu hadisənin təsirindən özümü toplamağa çalışarkən, Naxçıvanda 4 yaşlı qızcığazın zorlanması xəbəri ilə bir daha sarsıldım.

Bu gün isə mətbuatda  Badamdar qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət etdiyi xəbərini gördüm. Xəbərdə 9 yaşlı qızı zorlayanın 34 yaşı olduğu bildirilirdi. Bütün bu xəbərlər bütün sosial mediada haqlı olaraq bir narazılıq yaradır. Bəziləri bu xəbərlərin uydurma olduğunu, İP xatirinə jurnalistlərin yalan yazdığını qeyd edir. Bəzi oxucular isə belə iyrənc xəbərlərin verilməsi ilə pedofilliyin daha da artacağını düşünürlər. Sosial media istifadəçilərin çoxu isə pedofillərin edam olunmasını, axtalanmasını tələb edirlər. Bir sözlə,cəmiyyət gərginlik içindədir…

İlk öncə onu qeyd edim ki, pedofillərin çoxu uşaqlıqda özü təcavüzə məruz qalan, seksual problemləri olan insanlardır. Onlar uşaqları öz həmyaşıdları kimi görür və buna görə törətdikləri əmələ olduqca normal yanaşırlar.

Hər il Avropada minlərlə uşaq pedofillərin qurbanı olur. Kilsələrdə, məktəblərdə, təhsil müəssisələrində uşaqların zorlanması xəbərləri Avropa mətbuatında tez-tez gündəmə gəlir. Bu xəbərlər pedofiliyanın yayılması üçün deyil, onun qarşısının alınması üçündür. Avropa və Amerikada müxtəlif Satanist təşkilatlar mövcuddur ki, onlar qrup şəklində uşaqları zorlayır və sonra Şeytana qurban kəsirlər. Hətta dəfələrlə uşaqların qurban kəsildikdən sonra həmin şəxslər tərəfindən yeyildikləri xəbərləri ilə də rastlaşmışam. Nədənsə, insanlara elə gəlir ki, pedofillik son illər yaranıb və sovet dövründə belə hallar olmayıb. Amma araşdırdıqda tam fərqli halla qarşılaşırıq .  Həmin  dövrdə senzuranın olmas, təcavüzə məruz qalmış şəxsin ailəsinin bu haqda bəzən heç kimə məlumat verməməsi belə xəbərlərin yayılmasının qarşısını alırdı.  Pedofilllərin qurbanı olan uşaqların ailələri cəmiyyət arasında barmaqla göstəriləcəklərindən ehtiyat etdikləri üçün çox vaxt cinayətkar cəzasız belə qalırdı.

 

Hazırda isə belə xəbərlərin mediada verilməsi, valideynləri bir qədər də gözüaçıq olmağa sövq edir. Lakin biz belə xəbərləri verdikdə insanlar pedofilllərdən çox jurnalistləri qınayır. “O bölgədə belə hadisə ola bilməz!,” “İP xətrinə yazı yazırsız”, “Jurnalist tayfası xəbər uydurdu”  və s.

Yuxarıda sadaladığımız fikirlər müasir oxucuların gəldiyi qənaətlərin bir qismidir. 

Pedofillərin olması və azyaşlıların zorlanma faktlarını media uydurmur. Bəli, bütün bu iyrənc hallar həqiqətən baş verir. Burda sizin də payınız var. Uşaqlarınızı bəzən tanımadığınız insanlara etibar edirsiniz, nəzarətsiz buraxırsınız və… Nəticə sarsıdıcı olur… Övladlarınız qarşısında onu qorumaq kimi bir məsuliyyətin olduğunu heç bir zaman unutmayın! Onun tanış olduğu, danışdığı, internətdən ünsiyyət saxladığı insanları araşdırın!

Biz hər gün küçədə azyaşlıların valideyn nəzarəti olmadan oynadığının şahidi oluruq. Bu ona şərait yaradır ki, uşaqlar tanımadıqları insanlar tərəfindən aldadılır, qaçırılır  və kimsəsiz bir yerdə təcavüzə məruz qalır. Bizim cəmiyyətdə nədənsə, bəzi valideynlər azyaşlılara qarşı bir qədər məsuliyyətsiz davranırlar. Mən bütün cinayətkarlar kimi  pedofillərin də sərt bir şəkildə cəzalandırılmasını istəyirəm. Çünki həbs cəzasından sonra bu cinayətkarlar yenidən azadlığına qovuşur və təbii onların yeni qurbanlarının olması da qaçılmazdır.

Elə bu gün millət vəkili Fazil Mustafanın azyaşlılara qarşı cinsi zorakılıq törədən şəxslərə qarşı kimyəvi kastrasiya cəzasının tətbiqi  ilə bağlı verdiyi açıqlamanı oxudum. Millət vəkili bunu təklif olaraq, Milli Məclisə təqdim edəcəyini bildirib. Məlumat üçün bildirim ki, Fransada  pedofillərə və digər cinsi zorakılığa meyilli şəxslərə cinsi fəallığı azaldan xüsusi kimyəvi preparat verilir. Statistik göstəricilər görə bu proses təcavüz cinayətlərinin azalmasına səbəb olur.

Çünki həbsdən sonra heç bir pedofil yenidən hər hansı bir uşağa zərər vura bilmir.
Ümumiyyətlə, beynəlxalq araşdırmalara görə, kimyəvi kastrasiya tətbiq edilən ölkələrdə uşaqlara qarşı cinsi cinayətlərin sayı 50 faiz azalıb. Təbii ki, belə cəza növünün Azərbaycanda da tətbiqi pedofillərin sayının azalmasına səbəb olar. Amma belə hadisələrin təkrarlanması üçün özümüz də uşaqlara əvvəlkindən daha diqqətli davranmalıyıq. Anlamalıyıq ki, pedofilləri və azyaşlıların zorlanması hadisələrini mətbuat uydurmur. Onlar həqiqətən cəmiyyətdə mövcuddurlar. Deməli, övladlarımızı ilk növbədə özümüz qorumalıyıq!


NÜŞABƏ ZÖVQƏT